Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatı və Birinciliyinin təntənəli açılış mərasimi keçirilib
Bu gün millət vəkillərinin, şəhid ailələrinin, qazilərin, Gənclər və İdman Nazirliyinin əməkdaşlarının iştirakı ilə Bakı İdman Sarayında Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatı və Birinciliyinin təntənəli açılış mərasimi baş tutub.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanılıb.
Ardınca Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə bir dəqiqəlik sükut elan edilib.
Tədbiri giriş sözü ilə açaan Milli Məclisin vitse-spikeri, Azərbaycan Kikbokinq Federasiyasının fəxri prezidenti Adil Əliyev bugünkü qüdrətli Azərbaycanın məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu, ümumilli liderin siyasəti xəttinin bütün sahələrdə layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini bildib.
Ölkəmizdə ordu quruculuğuna, bədən tərbiyəsinə ayrılan yüksək diqqət və qayğı nəticəsində bu gün rəşadətli ordumuzun Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyində bizlərə qazandırmış olduğu tarixi qələbədən bəhs edən Adil Əliyev aparılmış lokal xarakterli antiterror tədbirləri ilə əlaqədar məlumat verərək, 24 saatdan da az vaxda separatçıların bütün silahlarının sıradan çıxarılmasını və təslim olmağa məcbur edilməsini qeyd edib.
Məhz bu gün qazanılmış uğurlara görə dövlət başçısına, rəşadətli ordumuza, xüsusən də bu yolda canını düşünmədən qurban vermiş şəhidlərimizə borcluyuq deyən Adil Əliyev qeyd edib ki, qələbəmizin memarları olan qəhrəmanlar Vətən yolunda canlarını düşünmədən qurban verərək, bizə tarixi Qələbə bəxş etmişlər.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...