Kamran Nəbizadə ağırlıqqaldırma ictimaiyyətinin nümayəndələri ilə görüşdü - Fotolar
Bu gün Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə ağırlıqqaldırma ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Ağır Atletika Akademiyasında baş tutan tədbirdə ölkəmizdə fəaliyyət göstərən məşqçilər, hakimlər və digər mütəxəssislər iştirak ediblər.
Giriş sözü ilə çıxış edən federasiya prezidenti hər kəsi salamlayıb, ona etimad göstərən hər kəs təşəkkürünü bildirib. O, qeyd edib ki, görüşdə məqsəd paytaxt və regionlarda çalışan mütəxəssislərlə söhbət edərək çətinliklərini dinləmək, ağırlıqqaldıranlarımızın gələcəkdə daha böyük uğurlara imza atması üçün lazım olan addımların atılması istiqamətində fikir mübadilə etməkdir.
Federasiyanın vitse-prezidenti Firdovsi Umudovun da iştirak etdiyi tədbirdə məhsuldar müzakirələr aparılıb. Problem səsləndirilib, rəy və təkliflər bildirilib, ağırlıqqaldırma idmanının inkişafının davam etməsi üçün bir ailə olmağın, vahid fəlsəfə və strategiya üzrə hərəkət edilməsinin vacibliyi vurğulanıb.
İclasdan sonra Kamran Nəbizadə 5-6 oktyabr tarixlərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyini də izləyib.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...