Eldəniz Əkbərov barədə böhtan yazanların nəzərinə

15:07 07-11-2023 | icon 575
Eldəniz Əkbərov barədə böhtan yazanların nəzərinə

"Reket jurnalistika" yenə iş başındadır. Bu dəfə bəzi "jurnalistlər" 252 №li məktəb-liseyin direktoru Eldəniz Əkbərov haqqında ağlına nə gəldi onu da qələmə alır.

Biz isə çalışıb bəziləri kimi eşitdiklərimizə yox, gördüklərimizə əsaslanaq. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin.

Bu gün ölkəmizdə təhsilə verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı təhsilimizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər təhsil sistemində uğurlu islahatlar aparılmış, təhsil ocaqlarının maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür.

Elədiniz Əkbərovun rəhbərlik etdiyi 252 №li məktəb-lisey də belə nümunəvi təhsil müəsəssidir.

Burada verilən keyfiyyətli təhsil də buna bariz nümunədir. Azərbaycan prezidentinin təhsil ocaqlarının yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, burada də yenidənqurma işləri həyata keçirildi, ən müasir avadanlıqlarla təchiz olundu.

Görülən işlər nəticəsində burada təhsilalanların yüksək təhsil alması, pedoqoji kollektivin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Eldəniz müəllim burada ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.

Qeyd edək ki, Eldəniz Əkbərov 1976-cı ildə Lerik rayon Blaband kəndində anadan olmuşdur. 1993-cü ildə Blaband kənd tam orta məktəbini bitirmişdir. 1996-ci ildə ADPU-nun Filologiya fakültəsinə qəbul olmuşdur. 2000-ci ildə ali təhsilini başa vurmuş və bitirdiyi orta məktəbdə müəllim vəzifəsində çalışmağa başlamışdır. 2001-ci ildə Bakı şəhər E.Şəmiyəv adına 149 №-li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 2005-ci ildən həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdi. 2012-ci ildə Azərbaycan rezpublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 2016-cı ildə Bakı şəhər R.M.Sadıqov adına 136№-li tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. 2021-ci ildən Bakı şəhəri 252 nömrəli məktəb-liseyin direktoru vəzifəsində çalışır. 

 
Hazırda 252 nömrəli məktəb-lisey kadr potensialına, təlim-tərbiyənin səviyyəsinə görə respublikanın qabaqcıl kollektivlərindən birinə çevrilib. Burada verilən keyfiyyətli təhsil də buna bariz nümunədir.

Pedoqoji kollektivin fəaliyyəti üçün də hər cür şərait yaradılıb.

P.S. Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Eldəniz Əkbərovun uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. Amma bunlar əsassız məlumatlardır. Əslində Eldəniz Əkbərov haqqında yazılanlara təəccüblənmirik. Çünki onun gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.

Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazmaq yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.

Bəzi media orqanları isə Eldəniz Əkbərov haqqında böhtan yazmağı özləri üçün pis bir vərdişə çeviriblər. Görünür, kimlərsə onun barədə ağlına və ağzına gələni yazmağı “peşə borcu” sayırlar.

Biz isə bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü çəkən fədəkar bir insan kimi tanıdığımız Eldəniz Əkbərov haqqında bəzən bədhaqları tərəfindən yayılan yazılara cavab olaraq gerçək olanı deyək:

Adamın saf, təmiz qəlbi var. Xalqına, el-obasına bu qədər baglılığı, ehtiyacı olanlara “Əl tutmaq Əlidən qalıb” deyə əl tutması, simsar olması həndəsi silsilə ilə artan bir sərvətdir. Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya saysız-hesabsız xeyirxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki…) onda böyük bir xəzinə yaranar. 

 

Bir daha qeyd edək ki, Eldəniz Əkbərovun uğurlarını həzm edə bilməyən, qeyri – konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir.

Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın,həm də özlərinin xeyrinə iş görsünlər.

P.S. Xüsusi olaraq qeyd edək ki, tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Belə olan halda isə bu onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Maraqlıdır ki, onun barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.


Digər xəbərlər

0.21337914466858