ABL: "Neftçi" "Sabah"a qalib gəlib

20:33 25-11-2023 | icon 1444
ABL:

25 noyabr Azərbaycan Basketbol Liqasında (ABL) 5-ci turun iki oyunu baş tutub.

Günün ilk oyunu Cəlilabadda baş tutub. Yerli komanda, "Sumqayıt" basketbolçuları ilə qarşılaşıb və 86-74 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular: "Cəlilabad" (Camani Pirs - 19 xal, 10 ribaund), "Sumqayıt" (Smit Roderik - 22 xal, 12 ribaund) Sumqayıt Olimpiya İdman Kompleksində keçirilmiş günün ikinci oyununda isə, çempionatın əsas favoritlərindən sayılan "Neftçi" və "Sabah" komandaları qarşılaşıblar. Bərabər mübarizə şəraitində davam edən turun mərkəzi oyununda, "Neftçi" çempionatın əsas favoritinə 96-93 hesabı ilə qalib gəlib. Ən məhsuldar basketbolçular: "Neftçi" (Toraje Breyk - 27 xal, 9 ribaund), "Sabah" (Kivon Devenport - 22 xal, 9 ribaund)

 

Qeyd edək ki, turun son oyunu ("Şəki" - "Xəzri") 26 noyabr tarixində baş tutacaq.


Digər xəbərlər

0.26749205589294