Çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunun açılış mərasimi keçirilib
Dekabrın 15-də çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunun açılış mərasimi keçirilib.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Atçılıq Federasiyası İdarə Heyətinin üzvü Cavid Abdullayev çıxış edərək ölkəmizdə atçılıq idmanına böyük marağın olduğunu və atçılığın böyük inkişaf yolu keçdiyini bildiriblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, Prezident Kuboku dekabrın 23-dək davam edəcək. Turnirdə Ağstafa və Ağcabədi rayonlarını təmsil edən klublarla yanaşı, Bakının 6 komandası iştirak edir.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...