Dövlət Turizm Agentliyi: Tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir
“Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Dövlət Turizm Agentliyi sosial şəbəkədə açıqlayıb.
Bildirilib ki, milli kulinariyamızın təbliğinin bir hissəsi kimi 2023-cü ilin dekabrın 30-da elan edilən “Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirməyərək süni ajiotaja və yanlış anlaşılmaya səbəb olub.
“Tenderdə qeyd olunan balıq, kərə yağı, turşu, ərik arağı və digər kulinariya məhsullarının satın alınması xidməti ilə bağlı yayılan məlumatlar düzgün anlaşılmayıb, ölçülər kiloqramla və litrlə göstərilsə də, təəssüf ki, “ton” olaraq başa düşülüb. Qeyd edək ki, Dövlət Turizm Agentliyinin fəaliyyətinin əsas prinsiplərindən biri daim ictimaiyyətə və mediaya açıq olmaqdır. Hər zaman olduğu kimi, bir daha media nümayəndələrindən Dövlət Turizm Agentliyinin fəaliyyəti ilə bağlı istənilən məlumatın dəqiqləşdirilməsi üçün ilk növbədə Agentliyə müraciət edilməsini xahiş və tövsiyə edirik” , - deyə məlumatda bildirilir.
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...