Türkiyə Superkubokunun Azərbaycanda keçirilməsi təklif olundu

18:23 09-01-2024 | icon 755
Türkiyə Superkubokunun Azərbaycanda keçirilməsi təklif olundu

Türkiyə Superkuboku Azərbaycanda keçirilə bilər. Bu barədə “Fotospor” nəşri məlumat yayıb.

Bildirilib ki, AFFA “Qalatasaray” və “Fənərbaxça” arasındakı keçiriləcək matçın Bakıda oynanılması üçün Türkiyə Futbol Federasiyasına müraciət edib.

TFF qarşılaşmanın Samsun və ya Ankarada keçirilməsini planlaşdırsa da, bu təkliflə bağlı iştirakçı klublarla müzakirə aparılacaq.

Qeyd edək ki, Türkiyə Superkuboku dekabrın 29-da Səudiyyə Ərəbistanında keçirilməli idi. Lakin təşkilatçı ölkənin tələbləri səbəbindən görüş təxirə salınıb.


Digər xəbərlər

0.20932221412659