"Rəfiqə xanın yalnız Azərbaycan SSR-in "Xalq artisti", müxtəlif titullar alan baletmeyster yox, həm də pedaqoq, maarifçi və gözəl insan idi"
Üç gün öncə daha mədəniyyət və incəsənət camiyamızdan daha bir incini itirdik. Azərbaycan SSR "Xalq artisti", baletmeyster, baletmeyster-pedaqoq Rəfiqə Axundova dünyasını dəyişdi.
Mərhum sənətkarla bağlı sənədli filmlər çəkən kinorejissor Tahir Tahiroviç "azeripress.az" saytına bunları dedi:
"Çox təəssüf ki, 2024-cü ildə daha bir məşhur simamızı, incəsənət incimizi itirdik. Rəfiqə xanın yalnız Azərbaycan SSR-in "Xalq artisti", müxtəlif titullar alan baletmeyster yox, həm də pedaqoq, maarifçi və gözəl insan idi. Rəfiqə xanım həyat yoldaşı Maqsud Məmmədov ölkəmizin mədəniyyətinə çox böyük xidmətləri olub. Mən mərhum baletmeysterimizdən müsahibə, çəkilişlər yanaşı onlardan öyrəndiyim çox şeylər olub. Bu ailə ilə tanış olduqdan sonra bildim ki, Maqsud müəllim Böyük Vətən Müharibəsi iştirakçısı, Leninqrad səmasında xüsusi qəhramanlıq göstərən təyyarəçi Hüseynbala Əliyevin bacısı oğludu. O vaxtı mən qəhraman təyyarəçimiz haqqında sənədli film çəkirdim. Bunu bilən Maqsud müəllim şəxsi arxivindən dayısı Hüseynbala Əliyevlə bağlı çoxlu sayda dəyərli materiallar verdi. Qısası bu ailə sayəsində II Cahan Savaşında igidlik göstərən pilotumuz haqqında maraqlı bilgilər əldə etdim və sənədli filmimi ərsəyə gətirdim. Rafiqə xanımın yeri görsənəcək. Maqsud müəllim başda olmaqla baletmeysterimizin yaxınlarına səbr diləyirəm".
ABDULLA İSMAYILOĞLU
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...
-
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
...