Aynur Poluxova Fəxri Fərmanla təltif olunub 

10:31 21-02-2024 | icon 359
Aynur Poluxova Fəxri Fərmanla təltif olunub 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru t.ü.f.d.,dos. Aynur Poluxova Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AMEA-nın prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının əməkdaşları, Yasamal Rayonu üzrə ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gənclər iştirak ediblər.

 Tədbirin rəsmi hissəsindən öncə Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb. 

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Yeni Azərbaycan Partiyasının 31 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. 

Tədbirdə çıxışçılar tərəfindən YAP Yasamal rayon təşkilatının 31 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verilib, YAP Yasamal rayon təşkilatı da yarandığı gündən bu günə qədər rayonun eləcə də partiyanın ictimai-siyasi həyatında öz uğurlu fəaliyyəti ilə hər zaman seçilib. Ölkəmizin əldə etdiyi Zəfərlərdə və uğurlarda siyasi müstəvidə Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri vardır-deyə bildirilib.

Çıxışlardan sonra fəxri fərmanlar, diplomlar və Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib. İnstitutun direktoru Aynur Poluxova Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının yaranmasının 31 illiyi münasibəti ilə və Partiyada ictimai siyasi fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.

 


Digər xəbərlər

0.26440906524658