“Qarabağ” yenidən “Bayer”lə qarşılaşacaq - Video

16:13 23-02-2024 | icon 627
“Qarabağ” yenidən “Bayer”lə qarşılaşacaq - Video

Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

 

“Pley-off”da “Braqa” (Portuqaliya) səddini adlayaraq tarixində ilk dəfə Avroliqanın 1/8 finalında oynamaq imkanı qazanan “Qarabağ” da püşkatmada təmsil olunub. İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

 

Bu mərhələdə “pley-off”un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq.

Ağdam klubunun rəqibi onunla eyni qrupda yarışmış “Bayer” də (Almaniya) olub.

 

Qeyd edək ki, Avroliqada 1/8 finalın ilk oyunları 7 mart tarixində, cavab görüşləri isə 14 mart tarixində keçiriləcək.

 


Digər xəbərlər

0.30671501159668