“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyası keçirilib

18:32 06-04-2024 | icon 1491
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyası keçirilib

Abşeron rayon İcra Hakimiyyətinin, YAP Abşeron rayon təşkilatının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir çərçivəsində Bakı-Şamaxı, Bakı-Quba avtomobil yollarının Abşeron rayonuna aid hissəsində, o cümlədən Xırdalan şəhərində ümumilikdə 3000 ədəd müxtəlif növ ağac əkilib.

Aksiyada Abşeron RİH başçısının birinci müavini Yusif Sadıqov, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov, şəhid ailələri, müharibə iştirakçıları və könüllülər iştirak edib.

Yeni əkilmiş ağaclara üzvi gübrə verilib, suvarılıb və lazimi aqrotexniki qulluq göstərilib. Bundan əlavə, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazi məişət tullantılarından təmizlənib, ümumi iməclik həyata keçirilib.

Qeyd olunub ki, ekoloji tarazlığın qorunması və yaşıllıq zolaqlarının artırılması məqsədilə rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində görülən işlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.

 

 







Digər xəbərlər

0.30285787582397