Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start

12:15 12-04-2024 | icon 1197
Qadın millimizdən

Honqkonqda 3x3 basketbol üzrə "Paris 2024" Olimpiadasına vəsiqə verən ilk təsnifat oyunlarına start verilib.

Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volker 'dən ibarət qadın millimiz "B" qrupunda ilk oyununu Çili seçməsinə qarşı keçirib. Görüşə üstün başlayan yığmamız, yekunda 17-14 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 3x3 qadın millimizin qrupda növbəti oyunu 13 aprel saat 11:55 'də Monqolustan seçməsinə qarşı olacaq. Oyun CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.


Digər xəbərlər

0.26924109458923