3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur

16:54 14-04-2024 | icon 925
3x3 qadın millimiz

Azərbaycanın basketbolun 3x3 növü üzrə qadın yığması tarixi uğura imza atıb.

 

Komandamız Honkonqda təşkil olunan Olimpiya Təsnifat Turnirindəki Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

Komandamız bu gün öncə yarımfinalda Macarıstanla qarşılaşıb. B qrupunda 2-ci yeri tutan Tiffani Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Mersedes Uolkerdən ibarət yığmamız finala gedən yolda rəqibini 21:19 hesabı ilə məğlub edib.

 

Basketbolçularımız finalda Polşa yığması ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 16:16 hesabı ilə yekunlaşsa da, yığmamız əlavə vaxtda 18:17 hesabı ilə qalib gələrək, Paris Olimpiadasına vəsiqəni rəsmiləşdirib.

 

Bununla da Azərbaycan Oyunlarda həm basketbolçular, həm də komanda yarışında ilk dəfə təmsil olunacaq.

 

Qeyd edək ki, yığmamız qrupda Çilini 17:14, Monqolustanı 13:12 hesabı ilə məğlub edib, Niderlanda uduzub – 11:15.

 

Basketbol 3x3

Olimpiya Təsnifat Turniri

Yarımfinal

 

Macarıstan - Azərbaycan - 19:21

 

 

 

Niderland - Polşa - 12:20

 

Final

 

Azərbaycan - Polşa - 18:17 (OT)

 

 


Digər xəbərlər

0.28464794158936