Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
"Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 39 il ötür. Onun nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır".
Bu fikirləri Azeripress.az-a açıqlamasında Salyan İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov deyib.
Rəşad Cəbrayılov qeyd edib ki, “Zərifə Əliyevanın yetişdirdiyi həkimlər Azərbaycanda oftalmologiyanın inkişafında mühüm rol oynayıblar”.
"Zərifə xanımın həyatına diqqət yetirsək, onun gələcəkdə müstəqil Azərbaycan dövlətçiliyinin əsaslarını qoyan, alt strukturda baza rolunu oynayacaq fikirləri daşıyan görkəmli bir insanın ailəsində dünyaya göz açdığını görərik:
Zərifə xanımın atası da Azərbaycan ziyalısı kimi Qafqazda böyük nüfuza malik olmaqla yanaşı, eyni zamanda tibb sahəsində görkəmli mütəxəssis olub. Bununla yanaşı, milli dəyərlərimizə sədaqətlə bağlı olan bir ailənin başçısı olub. Bu dəyərləri özündə birləşdirən Zərifə xanım da bir növ onu örnək olaraq göstərib.
Zərifə Əliyeva Azərbaycan tarixinə adını həm oftalmoloq, həm böyük dövlət xadimi Heydər Əliyevin həyat yoldaşı, həmçinin 200 illik məğlubiyyətlər silsiləsindən qurtarmış, işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb. Təbii ki, Zərifə Əliyevanın əsərlərinə, monoqrafiyalarına, xüsusilə traxomanın müalicəsi ilə bağlı elmi işlərinə diqqət yetirsək, Moskvada yaşamasına, digər bütün çətinliklərə baxmayaraq, alim kimi fəaliyyətini davam etdirdiyini və Azərbaycanın oftalmologiya elminə öz töhfələrini verdiyini görərik. Bunun nəticəsində yeni nəsil Azərbaycan oftalmoloqları yetişib və həmin həkimlər gələcəkdə Azərbaycanda tibbin bu sahəsinin inkişafında mühüm rol oynayıblar.
Ali Baş Komandan yetişdirmiş uca Azərbaycan qadını kimi Zərifə xanımın xatirəsini dərin ehtiramla yad edirik. Biz Zərifə xanımın Azərbaycan tarixində müzəffər Ali Baş Komandanı yetişdirmiş bir ananın xalqımızın həyatında oynadığı önəmli rolu barədə çox diqqətlə düşünməliyik”.
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...