Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"

22:53 17-04-2024 | icon 1173
Adıgözəl Məmmədovun:

Albert Eynşteyn vurğulayır: “Xalis haldakı informasiya bilik deyil. Biliyin əsl qaynağı təcrübədi”. Məmləkətimizdə hər sahədə naqislik, özbaşınalıq kimi hallar olduğu kimi elm camiyamızda, jurnalist mühitində və digər bu kimi yaradıcı çevrələrdə də qanunsuzluqlar xirtdəyəcəndi. Çox təəssüflər olsun ki, bir çox ünsürlər illərdi ciddi tədiqatlar aparıb gözünün nurunu tökən, sağlamlığını bu yolda fəda edən insanların əsərlərini oğurlayıb öz adına çıxaran və bununla “tarixçi”, “araşdırmaçı”, “həqiqət carçısı” kimi cəmiyyətə özlərini sırıyanlar var.  5 ildi ki, görkəmli hərbi, siyasi və dövlət xadimi, 20 il Azərbaycana rəhbərlik etmiş Mir Cəfər Bağırovla bağlı tədqiqatlar aparıram. Bu müddət ərzində rəhbərimizlə bağlı həqiqətlərdən agah olmaqla yanaşı fırıldaqçı “tədqiqatçı”ları, “tarixçi”ləri də tanımış oldum. Qeyd etdiyim araşdırmamla bağlı vaxt olduqca Axundov kitabxanasının arxiv şöbəsində Mir Cəfər Bağırovla bağlı materiallarla maraqlanıram. Bu fəaliyyətim zamanı Əli Dəstinin “Mir Cəfər Bağırovun erməni mafiyasıyla mübarizəsi”, Xaliq Əhmədzadənin (Xaliq Bəşər) “Diktatorların bilinməyən sirləri” və digər bu kimi yazarların əsərlərinə rast gəldim. Adı çəkilən müəlliflərin kitablarına göz gəzdirdikdən sonra bu şəxslərin plagiyatçılıq, piratçılıqla məşğuliyyətindən agah oldum. Belə ki, hər iki “təqdiqatçı” araşdırmaçı, yazıçı Adıgözəl Məmmədovun kitablarındakı materialları mənimsəyib özününkü kimi təqdim ediblər. Sonralar saytlarda da bu cür fırıldaqçılıqla məşğul olan “müəllif”lərə rast gəldim. Məsələylə bağlı Adıgözəl müllimlə görüşüb bu barədə söhbət etdik.

 

Adıgözəl Məmmədovun:

 Adıgözəl müəllim, hazırda yaradıcılıq mətbəxinizdə vəziyyət necədi?

 Yaradıcılığımda vəziyyət məhsuldar olaraq davam edir. Fevralda rus dilində “Psixogeopolitika” kitabım işıq üzü gördü və Moskvada təqdimatı Psixogeopolitika elmdə yeni bir xətdir.  Qərbi-Kaspi  Universitetində psixogeopolitakayla yanaşı  mental portretologiya və xaqların xarakterindən mühazirələr oxuyuram. Bu sahədə tədqiqatlarım davam etməkdədir. Bundan başqa “Böyük Azərbaycan naminə. Bağır Seyidzadə” kitabım  türk dilinə tərcümə olunaraq Türkiyədə də işıq üzü gördü. Əsərimi türk dilinə tərcümə edən ADA universitetində çalışan, son dərəcə savadlı mütəxəssis olan Azad Ağaoğludu.

 

 Kitabınızın Moskvada təqdimatı olduğunu vurğuladız. Əsərinizə ciddi maraq varmı?

 Bəli, olduqca böyük maraq var,  təvazokarlığdan uzaqda olsa deməliyəm ki, “Psixogeopolitika” əsərim Dumadakı fraksiya rəhbərlərinin çoxunun stolüstü kitabına çevrilib.

 

 Rusiya erməni lobbisinin güclü olduğu dövlətlərdəndi. Bədnam qonşularımızın sizə və yaradıcılığınıza qarşı hər hansı maneələrə əl atıbmı?

 Son kitabımın təqdimatı zamanı yox, amma illər əvvəl mənə çox maneələr, təzyiqlər olub.

 

 Sirr deyilsə, bəlkə təzyiqləri küləyindən bəzilərini dilə gətirəsiz və oxucularımız bundan agah ola?

 Əlbəttə ki, sirr deyil (gülür). Təzyiqlər və maneələr küləyi çox olub. O, barədə danışsaq gərək günlərlə, həftələrlə söhbət edək. Amma birini diqqətinizə çatdırım. Həqiqətən də erməni lobbisi Şimal qonşumuzda gecə-gündüz fəaliyyətdədi. Əsas da Rusiyanın Cənub vilayətlərində və şəhərlərində onlar çox aktivdilər. Bu hayların ən böyük təbliğatlarından biri də Qaregin Njdenin tanıtdırılmasıdı. Qatı faşist olan və III Reyxlə əməkdaşlıq edən  Njdeyə Sovet dönəmində münasibət mənfi idi. Amma indi ermənilər onu müsbət tarixi şəxsiyyət kimi təbliğ edir. Nə qədər acı olsa da, qismən bu istəklərinə nail olublar. Məhz 2013-cü ildə rusiyalı aktyorların da yer aldığı “Qaregin Njde” adlı bəii film çəkildi. Faşit erməniylə bağlı saysız yazılar Rusiya mətbuatında getdi. Mən də öz növbəmdə Qaregin Njdenin həm həm xalqımıza, həm Türkiyə əhalisinə, həm də Sovet Rusiyasında qanlı fəaliyyətlərini ifşa etməyə başladım. 2014-cü ildə Rusiyada növbəti elmi konfransların birinə dəvət olunmuşdum. Orda həm rus dilində “Slavyano-Türksiye Yedineniye: Noviye konturı” kitabımın təqdimatı oldu, həm də çıxış etdim. Tədqiqat əsərimdə Türk tarixindən, slavyan-türk əlaqələri, Rusiyada yaşayan türklər və ermənilərin tarixi falsifikasiyları, o cümlədən Njdenin qanlı əməllərindən geniş söhbət açdım. Təqdimat mərasimindən reportajlar  Rusiya telekanallarında, o cümlədən “Mir”də də yayımlandı.  Bu zaman erməni lobbisi mənə əlindən gələn bütün qarayaxma kompaniyalarını başlatdı.  Hətta separatçı Fəxrəddin Abboszadə də barəmdə həqiqətə uyğun olmayan məqalə yazmaqla nüfuzuma zərbə vurub məni  Rusiya ziyalılarının gözündə salmağa çalışdı. Sonra bəlli oldu ki, Azərbaycanın çörəyini yeyib, suyunu içən nankor və satqının havadarları da erməni lobbisi idi. Bu cür güclü antireklam kompaniyası zamanı rusiyalı yoldaşlar təhlükəsizliyim naminə dərhal Moskvanı tərk etməyimi xahiş etdilər. Mən məcbur olub, Bakıya qayıtdım. Amma Moskvadakı mənimlə yaxın münasibətləri olan ziyallı, ictimai xadimlərə qarşı təzyiq, mənəvi repressiyalar davam etdirildi. Onlar arasında Rusiya Strateji Araşdırmalar İnstitunun Qafqaz Mərkəzinin rəhbəri Yevgeni Baxrevski, MDU-un yüksək vəzifə sahiblərindən olan iqtisadiyyat üzrə elmlər doktoru Zeydulla Yuzbekov və sarə yoldaşlarda vardı. Zeydulla Yuzbekov Universitetdəki vəzifəsindən vuruldu. Amma bir müddət sonra Dağıstan Respublikasında Dövlət Əmlak Nazirliyininin başına gətirildi. Bütün bunlara rəğmən mübarizəmi davam etdirdim və sonrakı illərdə də Rusiyaya səfərlərimdə Njdeylə bağlı çıxışlarımı davam etdirdim.  Rusiya Dövlət Dumasında yer alan siyasi partiyalar arasında ikinci böyük fraksiya olan “Partiya Sprevedlivaya Rossiya za Pravdu” (“Həqiqət naminə ədalətli Rusiya Partiyası”) rəhbəri Sergey Mixayiloviç Mironov da bu sahədə mənə çox köməklik etdi. Məhz 2020-ci ildə rus dilində işıq üzü görən “Millətçiliyin reinkarnasiyası və psixoloji portretlər” kitabımda da erməni faşizmini, o cümlədən Njdenin hərbi cinayətlərini vurğuladım. Məhz bu təqdiqat əsərim və rusiyalı ictimai, siyasi simaların dəstəyi nəticəsində daşnak faşisti haqqında çəkilən bədii filmin təbliği və nümayişinin qarşısını aldıq.

 XX əsrdə ərazi bütövlüyümüzü qorumaq uğrunda tək başlarına düşmənlər qarşısında mayak olan və Azərbaycan dövlətçiliyini ayaqda saxlayan Nəriman Nərimanov ilə Mir Cəfər Bağırovun ünvanına həqiqəti əks etdirməyən fikirlər, böhtanlar hətta qeyri-etik ifadələr səsləndirilirdi. Necə düşünürsüz, son 20 ildə bu şəxsiyyətlərə  münasibət dəyişibmi?

 Öncəliklə onu deyim ki, çoxları məni Bağırovşünas hesab edir, hərçənd mənim tədqiqat sahəm çoxşaxəlidi. Yeri gələndə Nərimanov, Qəddafi, Hitler, Stalin, Trotski və digər tarixi fiqurlar haqqında da yazmışam. Hətta Nərimanovun psixoloji portretindən dərs də deyirəm. Dahi marifçi, ictimai, siyasi fikir adamımız bağlı ən çox oxunan yazılarımdan biri də “Nərimanov faciəsi və ya geosiyasi reallıqlar” məqaləmdi. Bundan başqa “Siyasi liderlərin psixoloji portretləri”, “Səudilər Sülaləsi- Geosiyasət” (rus dilində),“Müəmmər Qəzzafinin psixoloji portreti”, “Osmanlının çöküşünə Rusiyadan baxış”, “Kreml rəhbərlərinin psixoloji portretləri”,“Rusiya lideri V.Putinin psixoloji portreti”, “M.C.Bağırov-L.P.Beriya məxfi protokollar”, “Müasir Rusiya, Türkiyə və Gürcüstan liderlərinin siyasi-psixoloji portretləri”, “Slav-Türk-Ari arealının geostrateji imperativləri”, “Şirvanşahlar Azərbaycan dövlətçiliyinin gen yaddaşıdır”, “Досье расстеленного руководителя Азербайджана- М.Д.Багиров” eləcə də adlarını çəkmədiyim digər kitabların müəllifiyəm. Hətta dahi Azərbaycan mütəfəkkiri Mirzə Kazım bəyin ciddi tərcümə əsəri olan “Babül əl-Əbvab”ı ilk dəfə ana dilimizdə “Şirvanşahlar Azərbaycan dövlətçiliyinin gen yaddaşıdır” kitabımda vermişəm. Mirzə Kazım bəyi bu əsərinə görə Çar Rusiyasında “Demidov mükafatı”, İngiltərədə isə “Viktoriya mükafatına” layiq görülüb. Təvazökarlıqdan uzaq olmasın və uzunçuluq hesab olunmasın, ABŞ Konqres Kitabxanasında Beriya və Bağırovla bağlı  kitabım yer alır. Hətta bu əsərim amerikalı sovetoloqların böyük diqqət və marağını özünə cəlb etdiyindən Konqres Kitabxanasının direktoru mənə təşəkkür məktubu da göndərib. Həmçinin Kembric Universitetinin alimi Con Endryu Marrou ilə birgə “Islam and people of the book critical. Studies on the Covenants of The Prophet” kitabının azərbaycan versiyasını hazırlamışıq. Əsər Böyük Britaniyada ciddi tədqiqat əsəri hesab olunur.  Bundan başqa Steynford, Miçiqan, İlinoys, Braun və digər universitetlər kitabxanlarında tədqiqat əsərlərim yer alır. Hətta bilib təəccüblənmişdim ki, “Берия — турецкий агент под крылом у Багирова” ( “Beriya – Bağırovun qanadı altındakı türk agenti”) kitabım Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda əlavə tədris vəsaiti kimi istifadə olunur və diplomatlar bundan geniş istifadə edir. Bağırova gəlincə, gözümü açıb bu şəxsiyyətə daha çox mənfi tərəfdən yanaşmanı görürdüm. Məhz bu cür yanaşma onun haqqında oxumaq, həqiqətlərdən agah olmağım üçün stimul verdi. Bu işdə mənə ilk dəstəyi verən mərhum tədiqatçılardan Teyyub Qurban, Fazil Məmmədov olub. Sonralar son dərəcə savadlı tarixçi-alim Eldar İsmayılov tədqiqatlarından da agah oldum. Gəncliyim daha çox Bağırovla bağlı həqiqətlərin axtarışında keçirdi. Uzun illər mütaliə, araşdırmalardan sonra Bağırov, Beriya, Hitler, Stalin, Trotskinin yer aldığı “Siyasi liderlərin psixoloji portretləri” kitabım nəşr olundu. Amma tədqiqat əsərimdə Bağırova daha çox yer vermişdim. Sonralar öyrəndim ki, xanım rejissor Mehriban Ələkbərzadə 20 il Respublikaya rəhbərlik etmiş tarixi şəxsiyyətimizlə bağlı sənədli film çəkir. Onunla görüşüb kitabımın bir nüsxəsini verdim və Bağırovla bağlı əlavə fikirlərimi çatdırdım. Təəssüf ki, Mehriban xanım kitabımdan bəhrələnib, ordakı materialları “Qırmızı Terror və ya Mir Cəfər Bağırov” filmində istifadə etsə də, adımı çəkmədi. İstənilən halda sağolsun (gülür). İstənilən tarixi şəxsiyyətə münasibət birmənalı deyil və bu təbiidir. Odur ki, bütün tarixi simalara tarixi həqiqətlər, arxiv sənədləri və həmin dövrün reallıqlarından qiymət vermək lazımdı. Eləcə də Bağırova yanaşma da yuxarıda qeyd etdiyim prizmasından yanaşılmalıdı. Kiminsə subyektiv baxışı, emosional hisləri, qərəzi onsuz da heç bir tarixi fiqurun fəaliyyətinə xələl gətirə bilməz. Sadəcə müəyyən zaman kəsiyində  aldatmaq olar. Amma gec-tez bütün sirlər açılır. Ümumi götürəndə son 20-25 ildə Bağırova münasibət dəyişməkdədi. Hətta vaxtilə Bağırov haqqında qarayaxma kompaniyası aparan şəxslər belə artıq məcbur olub, onun Azərbaycan dövlətçiliyi üçün xidmətlərini etiraf etmək məcburiyyətində qalırlar.

 

 

Adıgözəl Məmmədovun:

 Bağırovla bağlı həqiqətlərin üzə çıxması və ona münasibətin dəyişməsində sizin müstəsna xidmətiniz olduğunu düşünənlər çoxdu …

 Xeyir, mən belə deməzdim. Bu yolda məndən çox əziyyət çəkən azman tədqiqatçılarımız olub. Teyyuq Qurbanın, Ramiz Əhmədovun, Fazil Məmmədovun əziyyətlərini vurğulamaq lazımdır. Tarixçi Eldar İsmayılov tək Azərbaycanın yox, həm də Rusiya arxivlərinə əsasən Bağırovla bağlı gerçəkləri ortaya qoyub. Heyif ki, onların heç biri artıq həyatda yoxdur. Onlar Azərbaycanın  tayı-bərabəri olmayan əsl alimlərimizdən idilər. Sadəcə mənim ANS efirində yayımlanan “Şəxsiyyət Vəsiqəsi” verlişində Bağırovla bağlı faktları deməyimdən sonra insanlarda ona bir qədər də maraq artdı. Həmçinin kitablarıma da müraciət bundan sonra çoxaldı.

 

 Adıgözəl müəllim son vaxtlar bir qrup psevdotədqiqatçılar sizin Bağırovla bağlı tədqiqatlarını özününküləşdirməklə məşğuldu...

Bu hal illərdi davam etməkdir. Əvvəlcə abır-həya edib onlarla bağlı ölçü götürmədim. Həmçinin düşünürdüm ki, cəhənnəmə istinad verməsələr də, ən azı həqiqət təbliğ edilir. Onsuz da əsas müəllif hüququ məndədi. Amma sonra gördüm ki, bu cür istinadsızlıq daha böyük fəsadlara gətirib çıxarır. Tədqiqatlarımı istinadsız paylaşanları 2 qrupa ayırardım. Birinci qrupa əsərlərimi paylaşmaqla özünə cəmiyyətdə, sosial şəbəkələrdə və bəzi saytlarda nüfuz qazanmaq istəyənlərdi. Bunlara fikir fırıldaqçıları deyərdim. Onlar sadəcə ucuz şöhrətlə məşğuldu və mənə ciddi problem yarada bilməz. Digər qrup isə daha təhlükəli ünsürlərdi. Bunlar düşünülmüş şəkildə tədqiqatlarımı oğurlayıb öz adlarına çıxararaq gördüyüm işləri kölgə altına salırlar. Hətta Bağırovla bağlı ANS-in efirindəki “Şəxsiyyət Vəsiqəsi”ndəki çıxışımı sonradan bir nəfər götürüb yazıya çevrib öz adına çıxardanda dəhşətə gəldim. Əslində tək Bağırovla bağlı yox, digər kitablarımı da oğurlayıb mənimsəməklə məşğul olanlar var. Məsələn, “Kreml rəhbərlərinin psixoloji portretləri” kitabındakı materalları oğurlayıb “Mentalitet” adında kitab buraxıblar. Eləcə də Xaliq Əhmədzadə adlı dələduz, fırıldaqçının biri “Siyasi liderlərin psixoloji portretləri” kitabımı oğurlayıb öz adına çıxarmışdı. Adam 232 səfilik “kitab”ının hamısı nöqtə-vergülə kimi mənim tədqiqat əsərindən kopyalamışdı. Adını da qoyub “Diktatorların bilinməyən sirləri”. Onunla bir xeyli münaqişə yaşadıq. Sonra mən qalib gəldim. Əsas mənə Axundov kitabxanasının rəhbərliyi yardımçı oldu. Belə ki, kitabxanaya sorğu göndərildi və məlum oldu ki, mənim kitabım yuxarıda qeyd etdiyim  psevdotədqiqatçının “kitab”ında illər öncə qələmə alınıb və onun “yazdığ”ının da hamısı məndə oğurlandığı bəlli oldu. Həmçinin  başqa  bir “yazar” Sərdar Amin də  durub kulis.az saytında Bağırovla bağlı yazılarımı mənimsəyib və “Bağırova Güney Azərbaycanı azad etməyə nə mane oldu? – Müstəqillik ssenarisi , Pişəvərinin səhvi və Qəvvam amili” adlı “məqalə” dərc etdirib. Yaxud Əli Dəsti Nüsrət oğlu biri konkret mənim kitabımdan kopiyalayıb satışa kitab çıxarmışdl. Belə saxtakarlar nə qədərdi. Onların bir-bir adını çəkmək istəmirəm. Mir Cəfər Bağırov və Cənubi Azərbaycanla bağlı tədiqatlarımı bir təbrizli soydaşımız da öz adına çıxarıb. Belə ki, illər öncə Arazın o tayında bir nəfər gəlib məni tapdı və israrla dedi ki, Mir Cəfər Bağırov və onun Cənubi Azərbaycan davasını əsərlərimi fars dilinə tərcümə etmək istədiklərini bildirdi. Hətta elektron kitablarımı da hardansa əldə etmişdilər. Mənə də tez-tez müraciət edib, bir çox elmi-siyasi terminləri mənalarını soruşurdular. Sonradan bu dələduz da itdi. Bu barədə sorub-soruşdurdum, dedilər ki, İran koperayt sisteminə daxil deyil və kitablarını öz adlarına çıxarıb saxtakalıq edə bilərlər. Amma ən böyük bəla odur ki, Azərbaycan hüdudlarından kənarda da bu cür oğurluq, fırıldaqçılıqla kitablarımı oğurlayıb və başqa adla nəşr edib, elmi dərəcə alanlar var. Bu yaxınlarda əsərlərimi mütaliyə edən dəyərli jurnalist tanışım Türkiyədə daha bir azərbaycanlı fırıldaqçı “alim”in əsərlərimi öz adına çıxmasıyla bağlı mənə material göndərdi. Sən demə 2009-cu ildə Vüqar Akifoğlu adlı saxtakar Marmara Universitetinin Türkiyə Araşdırmalar İnstitutunda mənim Bağırovla bağlı tədiqat əsərlərimi oğurlayıb öz adına çıxarıb. Bu fırıldaqçının kitabının adı belə gedir “Stalin dönemi Sovetler Birliyinin Azerbaycan Politikasında Mir Cafer Bagirovun Rolü”. Bu psevdo əsərin pdf verisyasını əldə etdim. 132 səhifəlik yazıda mənə istinad vermədən bütün yazdıqlarımı götürüb kopyalayıb. “Baş tutmayan çevriliş” kitabımın sərlövhəsiylə bu fırıldaqçının “monoqrafiyası” başlayır. Mövzunun başlıqları da eynən mənim kitabımdanın təkrarıdı. Bəzi yerlərdə də izi itirmək üçün istinad kimi Əlisa Nicatın “İblislər və Mələklər” və tanımadığım Elçin Həsənovun “Bağırnamə” adlı kitablarını göstərib. Əlisa müəllim dəyərli ziyallılarımızdandı. Amma o heç vaxt Bağırovla bağlı ciddi tədiqat əsəri yazmayıb. Kitablarının da mütləq əksəriyyəti bədii məzmundadı. Qocaman yazıçı Bağırovla bağlı “Sarsılmaz Mir Cəfər” adlı povest və tarixi şəxsiyyətlərlə bağlı bədii təxəyül və mistik janrda “Ruhların söhbəti” əsərini yazıb. Ümumiyyətlə Əlisa Nicat romanist kimi tanınır. Digər müəllifin isə adına heç vaxt, heç bir yerdə rast gəlməmişəm. “Bağırnamə” adlı cib kitabçasını əldə etdikdən sonra aydın oldu ki, müəllifib yazıdığı subyektiv lətifəbazlıq və uydurmalardan başqa bir şey deyil. Zatən o “əsər” də bəddi təxayüldü. Vaxtilə Bağırovla bağlı tədiqatlar apararkən onun bacısı Seyid Səkinənin xatirələrin kitabımda yazmışdım. Mərhum ağbirçək deyərdi ki, bizim nəslimiz Yəməndən gəlmə Zeyditlər tayfasındandır. Rəhbərin bacısının söylədiklərini kitablarımda versəm də bunların arxiv sənədlərinə söykənmədiyini qeyd etmişəm. Saxtakar Vüqar Akifoğlu isə götürüb bunu da  “əsər”ində yazıb və mənbəni Azərbaycan Siyasi Partiya Arxivinin fondunu göstərib. Həmçinin mənim min bir əziyyətlə arxivdən götürdüyüm şəkilləri də güya özünün əldə etdiyi vurğulayır. Onu da xüsusi vurğulayım ki, vaxtilə mənim çalışdığım arxiv materialları hazırda qapalıdı. Odur ki, nə Vüqar Akifoğlu, nə də başqa birisi ora daxil ola və tədqiqatlar apara bilməz.  Ən böyük faciədə odur ki, Marmara Universitetinin Nesrin Karagür, Okan Yeşilot, Ali Karaca adlı dossentlər bu plagiyata rəy yazıb, elmi əsər kimi təsdiq ediblər. Üstəgəl fırıldaqçı Vüqar Akifoğlu fırıldaqçılıqla ərsəyə gətirdiyi “elmi” əsərini satmaqla məşğuldu. Mənə çatmır ki, Türkiyə kimi təhsildə inkişaf etmiş bir dövlətdə bu özbaşınalıq necə baş verib? Bu ölkənin Yüksək Okul Kurumu ciddi təşkilatı hara baxır?

 Başınıza gələn bu xoşagəlməz hadisələrlə bağlı hüquqi tədbirlər görəcəksinizmi?

 Öncəliklə Müəllif Hüquqları Agentliyini kəskin şəkildə qınayıram. Adı çəkilən təşkilat insanlarda bəlli məbləğdə rüsum alıb, müəllifilik hüququ verməkdən başqa heç bir ciddi işlə məşğul olmur. Halbu ki, mən hər kitabım çıxanda adı çəkilən agentliyə rüsumlar ödəmişəm. Amma onlardan mənim əsərlərimi saxtalaşdıranlarla bağlı bir tədbir görülməyib. Dünyada qəbul edilmiş sadə qayda var. Kimsə yeni kitab yazıb müəlliflik hüququ almaq üçün aidiyyatı orqanlara müraciət edilir. Həmin təşkilatlar isə kitab yazan şəxsdən bir neçə ay ərzində vaxt istəyir. Bu möhlət ona görədir ki, onlar araşdırsınlar bu kitab plagiyatdı ya orijinal əsərdi. Məhz bundan sonra müəllifin hüquqları tanınır və təsdiq olunur. Həmçinin məhz həmin aidiyyatı qurum icazə alındıqdan sonra dövlət kitabxanaları və kitab mağazaları bilik mənbəsini qəbul edir. Bu təcrübə bizdə də mütləq həyata keçirilməlidi.  Kitablarımı kopyalayıb istinadsız paylaşan və ya öz adına çıxaran “yazarlar”, “jurnalist”lər barədə aidiyatı dövlət qurumlarına şikayət edəcəm. Bundan başqa tədqiqatlarımı öz adına çıxarıb elmi dərəcə alan Vüqar Akifoğlu adlı dələduzla bağlı Türkiyənin YOK-na və digər yaradıcılıqla bağlı təşkilatlarına şikayətlər ünvanlayacam. Bu işinin sonuna qədər gedəcəm. Odur ki, bu faktları rəhbər tutmaqla hüquqlarımın təmin olunması üçün sona qədər mübarizə aparacam.

 Adıgözəl Məmmədovun:

 

 

ABDULLA İSMAYILOĞLU

 


Digər xəbərlər

0.24079298973083