İlham Əliyev Zelenskini COP29-a dəvət edib

20:00 23-04-2024 | icon 776
İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. 

Bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev öz “X” hesabında yazıb. 

Onun sözlərinə görə, Kiyevdə Ukraynanın xarici işlər nazirinin birinci müavini Andrey Sibiha ilə görüşüb: “Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı dəvət məktubunu təqdim etmək şərəfinə nail oldum”.

 

 

Digər xəbərlər

0.22918200492859