Azərbaycan çempionatında mövsümün rekordu

12:51 29-04-2024 | icon 376
Azərbaycan çempionatında mövsümün rekordu

Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

Bu, XXXII turun “Sumqayıt” – “Qarabağ” oyununda baş verib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşü 9300 tamaşaçı izləyib. Bu, çempionatın arxada qalan hissəsi üçün ən yüksək göstəricidi. Buna qədər rekord “Sumqayıt” – “Neftçi” matçına təsadüf etmişdi. XXI turun qarşılaşmasında 8100 seyrçi qeydə alınıb.

Qeyd edək ki, “Sumqayıt” ev matçında 1:0 hesablı qələbə qazanıb.


Digər xəbərlər

0.25882196426392