Azərbaycanda media azadlığı təmin edilir

15:10 29-04-2024 | icon 761
Azərbaycanda media azadlığı təmin edilir

Son vaxtlar Azərbaycan dövlət başçısının Almaniyaya dörd dəfə səfər etməsi, müzakirə edilən məsələlər və alınan qərarlar əla göstəricilərdir.  Aprel ayının 26-da cənab İlham Əliyevin Almaniyaya səfəri də məhsuldar oldu. Birgə mətbuat konfransında maraqlı fikirlər səsləndirildi. Hər şeydən əvvəl təsdiq olundu ki, Almaniyanın ədalətli mövqeyi Cənubi Qafqazda sülh və əməkdaşlığın qurulmasında təsirli ola bilər.    

Azərbaycanda insan hüquqları və mətbuat azadlığı ilə əlaqədar fikirlər səsləndi. Prezident bu barədə verilən suallara tutarlı cavab verdi. Bildirdi ki, Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Buyurun, baxın, bu gün azad olunmuş torpaqlara müntəzəm surətdə media turlarlı təşkil edilir. O cümlədən xarici media nümayəndələri də vəziyyətlə tanış olurlar. Orada hər şeyi, hansı iişlərin görüldüyünü, mətbuata, informasiya vasitələrinə münasibəti aydın görərsiniz.

Bəzi suallar hətta təəccüb doğurur, çünki Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır. Ayrılan vəsaitlə bağlı, müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə məlumat verilir və sirr deyil. Dövlətimizin başçısı haqlı olaraq bildirib ki, bir çox hallarda medianın inkişaf etdirilməsi  sahəsində görülən müsbət işlərə, həyata keçirilən tədbirlər kölgə salanlar tapılır. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir.

 Azərbaycan istənilən digər ölkə kimi öz media məkanını xarici neqativ təsirdən qorumalıdır. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar, o cümlədən media nümayəndələri də.

 Fərdi məsələlərə, hadisələrə gəldikdə isə, təbii ki, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil.

 

Münasib Həsənov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı


Digər xəbərlər

0.21097683906555