Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib

11:03 06-05-2024 | icon 681
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar bəlli olub.
 
Həlledici qarşılaşmada "Günəşli" və "Aşağı Güzdək" komandaları üz-üzə gələcəklər.
 
Onlar yarımfinalda müvafiq olaraq "Mərdəkan" (7:0) və "Biləcəri"ni (2:1) məğlub ediblər.
 
Final görüşü mayın 9-da baş tutacaq. "Mərdəkan" və "Biləcəri" üçüncü yer uğrunda matçda qarşılaşacaqlar.
 
Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 4 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mübarizə aparır.

Digər xəbərlər

0.33335709571838