Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"

19:01 06-05-2024 | icon 820
Arif Əsədov:

Misli Premyer Liqasının yavaş-yavaş yekunlaşmağa doğru gedir.

Çempionun və sonuncu yerin sahibi bəlli olsa da, avrokuboklara vəsiqənin sahibləri hələ də bəlli deyil. Geridə qalan 33 turla bağlı yığmamızın məşqçisi Arif Əsədov Azeripress.az saytına fikirlərini açıqladı.

- Çempionatımız finala doğru gedir. Hazırkı vəziyyəti necə izah edərdiz?

- Premyer Liqamızın yekunlaşmasına 4 tur qalsa da, mükafatçılar sırasına düşmək üçün mübarizə davam edir. Avrokuboklara gedən yolda, daha dəqiq desək 2-4-cü yerlər uğrunda "Zirə", "Neftçi", "Sabah", "Sumqayıt" çarpışır. "Turan Tovuz" ilə "Səbail"in nəzərə avrokubok şansları olsa da, onlar 5-6-cı pillə naminə döyüşəcəklər. Odur ki, sonuncu tura qədər intriqa ölməyəcək.

- "Qəbələ"nin sonuncu olması dəqiqləşdi. Sizcə idman prinsipinin aliliyi qorunacaq yoxsa bölgə təmsilçisinə güzəşt olunacaq?

- Ötən il idman prinsipi qorundu və bu çempionatımızda həm yenilik həm də inkişaf gətirdi. İndi idman prinsipini kənara atsaq, "Şamaxı"ya haqsızlıq olacaq.

- Bir komanda gedib 3 klub gəlməlidin yoxsa "Qəbələ"yə güzəşt olunmasıyla 2 komandanın elitaya gəlməsi təmin olunmalıdı?

- Əsas şərt idman prinsipinin qorunmasıdı. Amma elitada təmsilçilərinin sayı artacaqsa, keyfiyyət göstəricisi əsas götürülməlidi. Yəni, hazırlıqlı və Premyer Liqa şərtlərinə cavab verən klublara yer verilməlidi.

- Bəs, say artımını "Qəbələ"nin 1-ci liqanın üçüncüsü ilə pley-off oynamasıyla da təmin etmək olarmı?

- İdman prinsiplərini kənara qoyub, subyektiv fikirimi desəm, bunun tərəfdarıyam. İstənilən halda çempionatımıza və futbolumuza inkişaf olacağı təqdirdə bu addım atılmalıdı.

- Yığma üçün gözaltı etdiyiniz yeni simalar varmı?

- Bəli var. Amma adlar çəkmək istəmirəm. Fiziki hazırlığı yaxşı olan gənclər var, onları diqqətdə saxlayıram. Hazırda "Sabah", "Neftçi, "Sumqayıt" və digər klublarımızda belə gənclər var. Hələ millimizin baş məşqçi postuna aydınlıq gəlməyib. Belə desək durğunluq dövrdü. Buna rəğmən mən yeni oyunçularla bağlı qeydlərimi aparmaqdayam. Ümid edirəm ki, onları yığmamıza qazandıracağıq.

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.21432304382324