Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək

14:10 10-05-2024 | icon 670
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək

İyunun 2-də Azərbaycan Kubokunun finalında “Qarabağ” “Zirə” ilə üz-üzə gələcək. Bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.

Həlledici qarşılaşmadan öncə konsert proqramı təşkil olunacaq. Xalq artisti Aygün Kazımova konsert proqramı ilə çıxış edəcək.

“Azərbaycan Kubokunun final matçı mövsümün bağlanış oyunudur. Hər zaman olduğu kimi bu qarşılaşmanın da rəngarəng alınması üçün çalışırıq. Oyundan öncə  Xalq artisti Aygün Kazımovanın konserti baş tutacaq. Bir çox planlarımız yekunlaşmaq üzrədir. Tamaşaçıların rahatlığı və finaldan zövq alması üçün hər bir imkan yaradılacaq”.


Digər xəbərlər

0.27850103378296