Azərbaycan Suriyaya ərzaq və dərman yardımı edib
Azərbaycan ötən il Suriyaya ərzaq, dərman və digər zəruri əşyalar qismində yardım göndərib.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov qurumun akademiyasında “Ordu və cəmiyyət” mövzusunda keçirilən kurslar çərçivəsində zabit, məmur və ekspertlər qarşısında mühazirə ilə çıxış edərkən məlumat verib.
“2016-cı ilin fevralında yaradılmış Düşmən Tərəflərin Barışdırılması üzrə Mərkəz bir ildən az müddət ərzində təkcə Rusiya deyil, həmçinin Azərbaycan, Belarus, Serbiya və Qazaxıstan tərəfindən Suriyaya göndərilmiş 1000 tondan çox ərzaq, dərman və digər zəruri əşyaları yerli əhali arasında paylaşdırıb”, - deyə Gerasimov bildirib.
E.Ə.
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...