Gömrük Komitəsində media qurumlarının rəhbərləri ilə görüş olub - Fotolar
Dekabrın 27-də Dövlət Gömrük Komitəsində “Gömrük-Media” əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə görüş keçirilib.
Qurumun mətbuat xidmətindən daxil olan məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib ki, 19-cu əsrin ikinci yarısında yaranan milli mətbuatımız milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliği və qorunmasında, dövrün müasir dəyərlərinə inteqrasiya prosesində mühüm rol oynayıb, istər 20-ci əsrin əvvəllərində, istərsə də sonunda müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı mərhələlərində prinsipial mövqe nümayiş etdirib.
Bu gün medianın cəmiyyətdəki roluna toxunan Səfər Mehdiyev qeyd edib ki, istisnalar xaricində, Azərbaycan mətbuatı bu istiqamətdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində uğurla reallaşdırılan innovativ islahatlardan da bəhs edən Səfər Mehdiyev bu prosesə media qurumlarının peşəkar və təmənnasız dəstəyinin gömrük-media münasibətlərinin sağlam əməkdaşlıq platformasında formalaşması ilə yanaşı, həm də şəffaflığın təmin olunmasına, islahatların daha sürətli və səmərəli şəkildə reallaşmasına şərait yaratdığını bildirib.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov son dövrlərdə gömrük orqanları ilə jurnalistlər, media qurumları arasındakı görüşlərin mütəmadi xarakter aldığını, bunun da gömrük orqanlarındakı şəffaflığın bariz nümunəsi olduğunu bildirib.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli gömrük-media münasibətlərinin səmərəli və işgüzar əməkdaşlıq zəminində formalaşmasında gömrük orqanlarının xüsusi rol oynadığını diqqətə çatdırıb.
Daha sonra digər görüş iştirakçıları da gömrük orqanları ilə media arasındakı münasibətlərdən və bu münasibətlərin ümumi işə faydasından bəhs ediblər.
-
Abşeronda uşaqlar üçün tədbir keçirildi - Fotolar
...
-
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - Video
...
-
İstirahət günü 30° isti olacaq
...
-
“Azərişıq” uşaqlara təlim keçdi - Video
...
-
Mehriban Əliyeva uşaqları təbrik etdi
...
-
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
...
-
İyunda 39 dərəcə isti olacaq - Aylıq proqnoz
...
-
İyunda neçə gün evdəyik?
...
-
Mayın son günü 34° isti olacaq
...
-
“Azərişıq” cənub rayonlarında yenidənqurma işlərini davam etdirir - Video
...