Fərid Qayıbov Zabit Səmədovla görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov Heydər Əliyev adına İdman Konsert Kompleksinin fəaliyyəti ilə tanış olub.
Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, o, burada yaradılmış şəraitlə maraqlanıb və fitnes zalına baxış keçirib.
Kompleksdə “Zabit Səmədov” döyüş klubunda məşqləri izləyən F. Qayıbov idmançılar və məşqçilərlə görüşüb, hazırlıq prosesləri ilə bağlı fikir mübadiləsi aparıb.
Zabit Səmədov rəhbərlik etdiyi klubun fəaliyyəti barədə məlumat verib. Fərid Qayıbov idmançıların beynəlxalq yarışlara hazırlığı ilə maraqlanıb və MMA klublarının birgə fəaliyyətinə dair tövsiyələr verib.
Görüşdə nazir müavini Mariana Vasileva, İdman Şöbəsinin müdiri Elnur Məmmədov və Kadr Hazırlığı Sektorunun baş məsləhətçisi Ramil Cabbarov da iştirak ediblər.
-
Bu gün Çempionlar Liqası finalı var
...
-
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
...
-
AMADA-nın nümayəndə heyəti T-DO ED-in iclasında - FOTO
...
-
Azərbaycan millisi Türkiyə ilə üz-üzə
...
-
Azərbaycanın güləş hakimi Paris Yay Olimpiya Oyunlarında
...
-
"Neftçi" qadınlar liqasının çempionudur
...
-
2-ci liqanın bombardiri AFFA və PFL-ə təşəkkür etdi: "Bu ənənəni qorumalıyıq"
...
-
Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
...
-
Gənc avarçəkənimiz Bratislavada medal qazandı
...
-
Pirallahıda triatlon yarışı keçirilib - FOTO
...