Qurban Qurbanov: "Frayburq"la oyunun mahiyyətini dərk edirik"
"Çox fikir bildirmək istəmirəm. Oyunun mahiyyətini dərk edirik".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniya "Frayburq"una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan öncə mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis qrupda məğlubiiyyət tanımayan komanda ilə qarşılaşacaqlarını bildirib: "Rəqibi tanıyırıq, oyunçularına bələdik. Futbolçularıma güvənirəm. Ümid edirəm ki, ən yaxşı oyunumuzu göstərəcəyik".
Onun sözlərinə görə, son vaxtlar psixoloji durum barədə çox danışılır: "Biz hamımız peşəkarıq. Bilirik ki, ya qalib gələcəyik, ya da məğlub olacağıq. "Nant"la oyunumuzdan sonra Şahruddin Məhəmmədəliyevin adı çox hallandl. Səhvsiz futbolçu yoxdur. Bu hal həm məni narahat edir, həm də komandada təzyiq yaradır. Azarkeşlərimizi də yaxşı başa düşürəm. Həmişə onlara güvənmişk. Hamımlz birlikdə rəqiblərə qalib gələ bilərik. Anma bu cür hallar pis təsir edir. Bununla belə, hər şey qaydasındadır. Heç bir psixoloji problemimiz yoxdur. Futbolçuların hamısı başa düşür ki, bu cür oyunlarda özlərini necə aparmaq lazımdır".
Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.
-
AMADA-nın nümayəndə heyəti T-DO ED-in iclasında - FOTO
...
-
Azərbaycan millisi Türkiyə ilə üz-üzə
...
-
Azərbaycanın güləş hakimi Paris Yay Olimpiya Oyunlarında
...
-
"Neftçi" qadınlar liqasının çempionudur
...
-
2-ci liqanın bombardiri AFFA və PFL-ə təşəkkür etdi: "Bu ənənəni qorumalıyıq"
...
-
Azərbaycan triatlonçusu Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
...
-
Gənc avarçəkənimiz Bratislavada medal qazandı
...
-
Pirallahıda triatlon yarışı keçirilib - FOTO
...
-
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı
...
-
"Daha peşəkar liqada çıxış etmək istəyərik"
...