"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
"Neftçi"nin hazırkı çıxışından çoxları narazıdı. Hətta fanatlar arasında da "ağ-qaralar"dan üz çevirənləri müşahidə edirik. Azeripress.az saytı olaraq "Neftçi"nin sabiq baş məşqçisi Füzuli Məmmədovdan da fikir öyrəndik:
"İstər mənim vaxtımda, istərsə də digər baş məşqçilərin zamanı olsun, "Neftçi" daim yüksək yerlər uğrunda mübarizə aparıb. Odur ki, bu mövsüm "ağ-qaralar"ın çıxışını uğurlu adlandırmaq olmaz".
Veteran futbolçu Bakı təmsilçisinin çempionluq uğrunda mübarizə apada bilməməsində "Qarabağ"ın güclü olması amilini vurğulayıb: "Bugünkü reallığı qəbul etməliyik. Reallıq odur ki, "Qarabağ" bütün klublarımızdan bir neçə baş üstündü. Onlara müqavimət hardasa göstərmək olar və amma başa-baş mübarizə aparıb, çempionluq yarışına qoşulmaq bu gün üçün mümkünsüzdü. Odur ki, "Neftçi"dən çempionluq gözləmək absurd olardı. Kubok turnirinə gəlincə, bəlkə də "ağ-qaralar"ın finala gedən yolda rəqibi "süvarilər" olmasaydı komanda finala çıxa və kuboku götürə bilərdi".
Füzuli müəllim son turda "Neftçi"nin nə etməli olduğunu açıqladı: "Çempionluq, kubok əldən çıxıb. İndi "ağ-qaralar" maksimum 2-ci yeri götürmək, ən pis halda isə bürünc mükafatçılar uğrunda diş göstərməlidi. Komandanın medalçılar sırasında olmaması ciddi uğursuzluqla yanaşı, psixoloji tənəzzül və azarkeşlərin ondan tamamilə üz döndərməsinə gətirib çıxaracaq. Klub bu mövsümü 2-3-cü yerlərin birində tamamladıqdan sonra gələn futbol ili üçün ciddi tədbirlər görməli, islahatlar aparmalə və daha iddialı olmalıdı".
ABDULLA İSMAYILOĞLU
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...