Şərəfli müəllim ömrü - Aidə İsmayılova

11:54 01-05-2024 | icon 1454
Şərəfli müəllim ömrü - Aidə İsmayılova

Bu gün təcrübəli pedaqoq, ziyalı insan, "Qabaqcıl təhsil işçisi" , Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin direktoru Aidə xanın İsmayılovanın ad günüdür.

Aidə müəllimin rəhbərlik etdiyi Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey də nümunəvi təhsil müəsəssidir.

Lisey uzun illərdir bölgənin, bütövlükdə regionun ictimai-siyasi həyatında müstəsna rol oynayır.

Məktəb sizin üçün nədir?” - sualına, Aidə müəllim belə cavab verir:

" Məktəb bir insan, bir vətəndaş yetişdirmə ocağıdır. Məktəbdə insan, şəxsiyyət yetişir, formalaşır, inkişaf edir.

Öz sənətimi və şagirdlərimi çox sevirəm. Onlar həyatımın bir parçasıdır. Çalışdığım illər ərzində gözəl tərbiyə, əxlaq və uğurları ilə biz müəllimləri sevindirən çoxlu şagirdlərim olub.

Müəllim olduqca çətin və məsuliyyətli peşədir. Sən hər şagirdin iç dünyasına daxil olmağı bacarmalısan. Onları hər yöndən tanımağa çalışmalısan. Əlbəttə ki, müəllim eyni zamanda, psixoloq olmalıdır. Hər bir uşağa özünə uyğun şəkildə yanaşmalıdır. Birinci sinifdə şagirdi tam mənada tanımaq olmur. Artıq ikinci sinifdə hər bir uşağı kəşf etmək mümkündür. Hər gün dərsdən sonra şagirdlərim haqqında düşünürəm. Hansı şagirdə necə yanaşım, hansı şagirdlə necə rəftar edim, hansı şagird hansı yükü götürə bilər.

Bütün bunları müəllim ilk növbədə bilməlidir. Cəmiyyətə yararlı insan bəxş etmək üçün ilk növbədə tərbiyə, təhsil və inkişaf bir vəhdətdə götürülməlidir.

Hər bir şagird bir insandır, şəxsiyyətdir. Məktəbə ilk dəfə qədəm qoyan şagird nə görsə, nə eşitsə, dərhal beyninə həkk oulnur və bu həm də onun xasiyyətini formalaşdırır. Təhqirə, təzyiqə əl atan müəllimdən şagird nə öyrənə bilər? Uşaqlar müəllimindən qorxmamalı və çəkinməməlidirlər. Onlar müəllimlərini özlərinə yaxın sirdaş bilməlidirlər. Şagirdlər müəllimlərinə güvənməli, onları sevməlidirlər. Müəllim öz mehribanlığı, səmimiliyi ilə şagirdi ələ almağı bacarmalıdır. İlk növbədə bu sevgini müəllim yaratmalıdır.

Təcrübəli, tələbkar, mehriban müəllimləri şagirdlər də çox istəyir və dərslərə diqqətlə, maraqla qulaq asırlar".

Qeyd edək ki, Aidə müəllimə eyni zamanda, ictimai işlərdə fəal iştirak edir. Bir çox tədbirlərin təşkilatçısıdır.

Biz də Aidə müəlliməni ad günü münasibətilə təbrik edir, hər zaman şagirdlərinin uğurlarına sevinməsini diləyirik!


Digər xəbərlər

0.31069278717041