Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan avarçəkmə üzrə "Prezident kuboku" beynəlxalq reqatasında sonuncu günün qalibləri mükafatlandırılıb.
Mərasim Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilib.
Medalları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, baş katibi Fərhad Əliyev, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Şəhər Dövlət Universitetin rektoru Şahin Bayramov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının idman direktoru Rəhman Xanlarov təqdim ediblər.
“Prezident kuboku-2024” beynəlxalq reqatasında Azərbaycan millisi 1 qızıl, 2 gümüş və 5 bürünc medalla yarışı başa vurub.
4 gün davam edən reqatada 20-dən çox ölkədən – Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan komandalar mübarizə aparıb.
Qeyd edək ki, Suqovuşan su anbarında start götürən “Prezident kuboku-2024” beynəlxalq reqatası Mingəçevir şəhərində başa çatıb.
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...