Çinin nümayəndə heyəti icra başçısı ilə görüşdü - Fotolar
Qaradağ rayon icra başçısı Süleyman Mikayılov Çinin Şenyanq şəhərinin Xarici əlaqələr İdarəsinin rəisi Vanq Jinqyinqinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə icra başçısı hazırda xarici sərmayədərlər üçün Azərbaycanda biznes və investisiya imkanlarının, əlverişli şərait və güzəştlərin, tranzit potensialının olduğunu bildirib.
S.Mikayılov qeyd edib ki, ölkəmizdə sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır.
“Son dövrlərdə Qaradağ rayonu Çinin bir sıra vilayətləri ilə qarşılıqlı əlaqələr qurub. Ötən il Şenzen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası arasında əldə olunmuş razılığa əsasən Rayon ərazisində “Azərbaycan-Çin Sənaye Şəhərciyi”nin yaradılması nəzərdə tutulur. Birgə yaradılacaq “Sənaye Şəhərciyi”nin fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən xüsusi vergi və gömrük güzəştlərinin tətbiq olunması nəzərdə tutulur”, - deyə icra başçısı vurğulayıb.
Məlumat verilib ki, yaxın zamanlarda Çin Kommunist Partiyası Şenyang Bələdiyyə Komitəsinin Birinci Katibi Yi Lienxunun başçılıq etdiyi nümayəndə heyyətinin Azərbaycana rəsmi səfəri olacaq.
Görüşdən sonra qonaqlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində yaradılmış şərait və imkanlarla yaxından tanış olublar.
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...