Sərt karantin bölgələrində qəbul imtahanı keçirilə bilər
Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 20-dən sonra sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur.
Sözügedən ərazilərdə buraxılış və qəbul imtahanlarının keçirilməsi üçün tədbirlər planı hazırlanıb və aidiyyatı qurumlarla razılaşdırılır:
“Bu bölgələrdən olan şagirdlərin (abiturieyntlərin) sayı 47000 nəfər təşkil edir. Tədbirlər planı bu gün keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunacaq. Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə iyulun 20-dən sonra növbəti 2 həftə ərzində və hər həftə 2 dəfə olmaqla hazırda sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur.
Qeyd olunmalıdır ki, bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək. Həmçinin ali məktəblərə (kolleclərə) sənəd verməyən və buraxılış imtahanlarında iştirak etməyən 11-ci sinif məzunları üçün də sentyabr ayında buraxılış imtahanları keçiriləcək.
Daha sonrakı həftələrdə isə sanitar epidemioloji vəziyyətin əlverişli olacağı və Operativ Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin (blok imtahanları) keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda 73000 abituriyentin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, imtahan keçiriləcək tarixlərdə hansısa rayon və şəhərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, həmin bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək”.
-
Sabahdan müəllimlərin sertifikatlaşdırma imtahanlarının test mərhələsi başlayır
...
-
18 məktəb direktoru vəzifəsindən azad edilib
...
-
Nazir “Son zəng”lə bağlı əmr imzaladı
...
-
6-cı siniflərdə bu fənlər keçirilməyəcək
...
-
Emin Əmrullayev uşaqları Şuşadan təbrik etdi - Video
...
-
UNEC Zaqatala filialında Azərbaycan Respublikasının müstəqilliyi günü ilə əlaqədar dəyirmi masa keçirilib
...
-
Goranboy rayon Quşçular kənd H.Cəfərov adına tam orta məktəbin direktoru Ceyhun Cahangirov təltif olunub - FOTO
...
-
Mətin Kərimliyə yüksək vəzifə verildi
...
-
Astarada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsil Festivalı keçirilib
...
-
İmtahan sualları bu bunkerdə hazırlanırmış... - Video
...