İş adamı Orduya “Hummer” hədiyyə etdi
İş adamı Cavidan Qorçıyev Qarabağın azadlığı uğrunda vuruşan əsgərlərimizə köməklik göstərib.
Gənc biznesmen bu məqsədlə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə şəxsi avtomobilini hədiyyə edib. O, işlək vəziyyətdə olan “Hummer h3” markalı “pikap”ı təmənnasız olaraq sərhədçilərin ixtiyarına verib. Sərhəd Xidmətinin əməkdaşları ilə görüşən C.Qorçıyev bildirib ki, bir iş adamı kimi daim dövlətimizin və dövlətçiliyimizin yanındadır: “Hamımız bu Vətənin, bu torpağın övladıyıq. Kimin nəyə gücü çatırsa, Silahlı Qüvvələrə yardım etməlidir. Bütün Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib və əminəm ki, hörmətli ölkə başçısının rəhbərliyi altında biz Qarabağı işğaldan tamamilə azad edəcəyik. İnanıram ki, o gün çox yaxındadır. Qarabağ Azərbaycandır!”.
-
Ölkəmiz qlobal dialoq məkanına çevrilib
...
-
Təminatlı təhlükəsizlik əsas şərtdir
...
-
Cop29 ölkəmizə yeni dividendlər gətirəcək
...
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...
-
İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir
...
-
Leysan, dolu, 22° isti - Sabahın havası
...