Binəqədi icra başçısından yeni təyinat
Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
Binəqədi rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin əmrinə əsasən, Sevinc Süleymanova İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini təyin edilib.
Qeyd edək ki, Sevinc Süleymanova 1975-ci ildə Oğuz rayonunda anadan olub. O, 2011-ci ildən Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Qadınlar Şurasının İdarə Heyətinin üzvüdür.
Əmək fəaliyyətinə 1997-ci ildə Binəqədi rayonu R.İmanov adına 205 № li tam orta məktəbdə rus-dili və ədəbiyyatı müəllim kimi başlayıb, 1998-2019-cu illərdə Bakı şəhəri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini olaraq davam edib. 2019-2020-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb.
Dövlət qulluğunun kiçik müşaviridir.
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...
-
İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir
...
-
Leysan, dolu, 22° isti - Sabahın havası
...
-
Sumqayıt Bulvarı – Xəzərin sahilindəki möcüzə
...
-
Sabah 26° isti olacaq
...
-
Sabahın havası - 27° isti
...