Suraxanı sakinləri yolların bərbad olmasından şikayətçidir
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan südçülük sovxozu adlanan ərazidə yaşayan sakinlər tərəfindən yollarının bərbad vəziyyətdə olması ilə bağlı şikayət daxil olub.
Redaksiyamıza daxil olan şikayətdə sakinlər qeyd edib ki, adsız, xalq arasında “sağa gedən yol” kimi tanınan yol keçilməz olub. Xüsusilə qış aylarında yağıntı olan kimi günlərlə insanlar əziyyət çəkir: “Bu yaxınlarda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı və rayon rəhbərliyi ərazidə olduqlarından, yolun vəziyyətindən xəbərdardırlar. Vəd verilib ki, yol təmir olunacaq. Amma hələ ki, səs-soraq yoxdur: “İcra başçısı söz versə də əməl etmədi””.
Şikayətçilər bildirir ki, təcili yardım çağıranda belə maşın gələ bilmir. İllərdir ki, bu acınacaqlı vəziyyət davam edir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq yol ilə maraqlanan yoxdur. Küçənin adı belə olmadığı üçün ünvan da bilinmir.
Məsələ ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin məsələ ilə bağlı məsul şəxslər tərəfindən mütəmadi olaraq sakinlərlə görüşlər keçirilib:
“Sözügedən məsələ tərəfimizdən nəzarətə götürülüb. Artıq bununla bağlı "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə (AAYDA) müraciət olunub. 2021-ci il ərzində problemin aradan qaldırılması nəzərdə tutulub. Həmin ərazidə yolların çəkilməsi ilə bağlı məsələ öz həllini tapacaq”.(report)
-
Ölkəmiz qlobal dialoq məkanına çevrilib
...
-
Təminatlı təhlükəsizlik əsas şərtdir
...
-
Cop29 ölkəmizə yeni dividendlər gətirəcək
...
-
Azərbaycan – Tacikistan: tarixi, mədəni və dini bağlılıqlar
...
-
Əməkdaşlığın səmərəliliyi getdikcə intensivləşir
...
-
Münasibətlərimiz möhkəmlənir və inkişaf edir
...
-
Azərbaycan-Tacikistan dostluq telləri qırılmazdır
...
-
Azərbaycan Tacikistan üçün mühüm tərəfdaşdır
...
-
İki qardaş xalqın əlaqələri yüksək səviyyədədir
...
-
Leysan, dolu, 22° isti - Sabahın havası
...