Heydər Əliyev Fondu uşaq evlərinin sakinlərini sevindirdi - Video + Fotolar
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirilib.
Heydər Əliyev Fondu hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqları bayram əhval-ruhiyyəsi ilə sevindirir. Bu il də istisna olmayıb.
Əvvəlki illərdə fondun prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Buta” sarayında uşaq evləri və internat məktəblərinin sakinləri, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqlar üçün şənlik təşkil edilib. Amma son 2 ildir COVID-19 pandemiyası ilə əlaqədar çox sayda insanın bir yerə toplaşması karantin rejiminin qaydalarına uyğun olmadığından, fond bu kateqoriyadan olan uşaqları fərqli şəkildə təbrik edir.
Heydər Əliyev Fondunun əməkdaşları bayram ərəfəsində paytaxt Bakı və regionlarda uşaq evləri və internat məktəbləri, həmçinin sosial xidmət müəssisələrində olaraq, fondun prezidenti Mehriban Əliyevanın təbrikini, müxtəlif oyuncaqlar və şirniyyatlardan hazırlanan bayram sovqatlarını çatdırıb.
Bayram süfrəsi ətrafında Şaxta baba və uşaqların sevdikləri nağıl personajlarının iştirakı ilə şənlik təşkil edilib.
-
Mehriban qonşuluq hər şeydən vacibdir
...
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...