Salyanda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib
Salyan şəhər mərkəzi meydanda xalqımızın ən gözəl bayramı olan, özündə milli-mənəvi dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısının, şəhid ailələrinin, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivlərinin, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdiyi bayram şənliyində çoxəsrlik maddi-mədəni irsimizi özündə əks etdirən eksponatlar, milli folklor nümunələri, qədim məişət əşyaları, kitab, rəsm və digər sərgilər nümayiş etdirilmişdir. Tədbir İştirakçılarına xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri ifadə edən səhnələr, milli mətbəximizin, xalq yaradıcılığının gözəl nümunələri təqdim olunmuşdur. Novruz bayramının personajları olan Bahar qızı, Kosa və Keçəl maraqlı çıxışları ilə, tədbirdə xoş ovqat yaratmışdır. Ulu Dədə Qorqud qəlblərə sevinc, fərəh və təravət gətirən Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Tədbirdə Şəhid valideynlərinin iştirakı ilə bayram tonqalı yandırılmışdır. Bayram tədbirində rayonun sahibkarlarının və fermerlərinin istehsal etdikləri müxtəlif çeşidli kənd təsərrüfatı və qənnadı məhsullarının satış yarmarkası təşkil olunmuşdur.
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...