Azərbaycanlı biznes-ledidən nümunəvi addım: 662 bal toplayan imkansız tələbənin xərclərini ÖZ ÜZƏRİNƏ GÖTÜRDÜ - FOTO
Bir müddət əvvəl 662 bal toplayıb maddi çətinliklərə görə təhsil ala bilməyəcəyi söylənilən Zərdab rayonunun Yarməmmədbağı kənd sakini Aytən Şirinova sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
Azeripress.Az xəbər verir ki, sözügedən xəbərlər yayıldıqdan sonra Aytənin həmyerlisi, iş adamı Vəfa Muradzadə ailə ilə maraqlanıb və tələbənin bütün xərclərini öhdəsinə götürüb. Vəfa Muradzadə bildirib ki, Aytən Şirinovanın ailəsinin imkansızlığı səbəbindən təhsil ala bilməyəcəyi xəbərini eşidəndə çox narahat olub: "Xəbəri eşidən gün Aytənin ailəsi ilə əlaqə saxladım, vəziyyətləri ilə maraqlandım. Valideynlərinə onun təhsil ala bilməsi üçün lazım olan hər şeyi öz öhdəmə götürə biləcəyimi bildirdim. Dəfələrlə zəng vurub maraqlandığımı, fikrimin qəti olduğunu görən ailəsi dediklərimlə razılaşdı. İstəyirəm hər kəs Aytənin probleminin həll olunduğunu bisin”.
Qeyd edək ki, Vəfa Muradzadə "Vəfa collection" sərgi-satış mərkəzinin rəhbəridir.
-
Sabah 26° isti olacaq
...
-
Sabahın havası - 27° isti
...
-
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
...
-
Azərbaycan- İran dostluğu və əməkdaşlığı bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmli məsələdir
...
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub
...
-
Bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır
...
-
Önəmli amil
...
-
İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı müsbətdir
...
-
Gələcəyə yönəlmiş əməkdaşlıq
...
-
Azərbaycan diplomatiyasının prioriteti
...