Latviya Respublikasının Preyli şəhər dumasının sədri Maruta Plivdanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinin Qaradağ rayonunda səfərdə olmuşdur
Noyabr ayının 22-də Latviyanın Preyli şəhər dumasının sədri Maruta Plivdanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinin Qaradağ, rayonunda səfərdə olmuşdur. Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Latviya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Yuris Maklakovs və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qonaqlar ilk öncə Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül qoydular, daha sonra Heydər Əliyev muzeyində Ümummilli Liderin həyat və fəaliyyəti ilə tanış oldular.
Görüşdə bildirilib ki, Azərbaycan və Latviya arasında regional əlaqələrin inkişafı istiqamətində işlər davam etdirilməkdədir. Ölkələr arasında qarşılıqlı səfərlərin məntiqi nəticəsi olaraq, 2011-2017-ci illərdə iki ölkənin bir sıra yerli orqanları arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr imzalanmış, təcrübə mübadiləsi və müzakirələr aparılmışdır. Bu əməkdaşlığın məntiqi nəticəsi olaraq 2017-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidentinin Latviyaya rəsmi səfəri zamanı Latviya Respublikasını Prezidenti ilə keçirilmiş ikitərəfli görüş zamanı yerli hakimiyyətlər və bələdiyyələrin əməkdaşlığı sahəsində görülən işlər xüsusilə vurğulanmışdır.
2012-ci ildən Latviyanın Preyli diyar bələdiyyəsi ilə Azərbaycanın Qaradağ rayonunun Sahil bələdiyyəsi qardaşlaşmış bələdiyyələrdir. Dostluq və işgüzar əlaqələrin daha da gücləndirilməsi, təcrübə mübadiləsi və yeni layihələrin icrası ilə bağlı görüşlərin keçirilməsi məqsədi ilə Preyli şəhər dumasının sədri Maruta Plivdanın rəhbərlik etdiyi 4 nəfərdən ibarət nümayəndə heyəti Bakıda səfərdədir.
Nümayəndə heyəti Qaradağ rayonu ilə yaxından tanış olmuş və səfər çərçivəsində aparılan danışıqlar davam etdiriləcəkdir.
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü
...
-
Mikayıl Cabbarov “TikTok”un vitse-prezidenti ilə görüşdü
...
-
Orta aylıq əməkhaqqı 923 manata çatıb
...
-
Söhrab Cabbarov: "Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində özəl sektorun inkişafında yeni mərhələ başlayıb"
...
-
Metrostansiyaların sayı artırılacaq
...