Nadir əməliyyat olundu - Dodağındakı silikon çıxarıldı+ Foto
Müğənni Nadir Qafarzadə əməliyyat olunub.
əməliyyat Bakıdakı özəl klinikalardan birində həyata keçirilib.
Müğənninin özü də xəstəxanaya düşməsi ilə bağlı “Instagram” səhifəsində məlumat verib və oradan çəkilmiş fotosunu paylaşıb. “Göz pis şeydir. Allah hər kəsi pis gözlərdən qorusun. Yeni il mənə düşmədi”, - müğənni qeyd edib.
Lakin o,xəstəxanaya düşməsinin səbəbini açıqlamayıb.
Sayta daxil olan məlumatda iddia olunur ki, N.Qafarzadə bu gün plastik əməliyyat keçirib. Əməliyyat zamanı onun dodaqlarındakı süni gel çıxarılıb, bundan başqa daha gənc görünmək üçün gözətrafı artıq ətlər götürülüb. Əməliyyatı uzman, plastik və estetik cərrah Dr. Mircəfər Seyid həyata keçirib.
Məsələ ilə bağlı M.Seyid ilə əlaqə saxlamaq cəhdləri alınmayıb.
Klinikadan isə bildirilib ki, belə məsələlər barədə mətbuata açıqlama verilmir.
Xatırladaq ki, Azərbaycan şou-biznesində plastik əməliyyat etdirən kişi müğənnilər var. Onlar arasında Rəhim Rəhimli, Faiq Ağayev, Samir Bağırov plastik əməliyyat etdirənlər sırasındadır. Hətta N.Qafarzadə mətbuata açıqlamasında plastik əməliyyat etdirdiyini gizlətməyib, əksinə '“mən sənət adamıyam, lazım gəlsə yenə etdirəcəyəm. Bu mənim şəxsi işimdir'” deyib.
-
“CineMastercard”da “Çingene kızı Zeugma” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO
...
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...