Sosis xərçəng yaradır - Krallıqdan sensasion iddia
Birləşmiş Krallığın Qlazqo Universitetinin əməkdaşları başda professor Cill Pell olmaqla yeni layihələrinin kifayət qədər maraq doğuran nəticəsini "Avropa xərçəng jurnalında” dərc ediblər.
Mütəxəssislər qida sənayesində işlənmiş ət məhsullarının xərçəng yaratma riskini araşdırıb və həftəyə 2 və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin artmasını sübut edib.
260 000 xəstə qadının xəstəlik tarixçəsini təhlil edən qrup şok faktlar üzə çıxarıb. Sübut olunub ki, gündəlik 10-15 qramdan artıq işlənmiş ət məhsulu yeyən qadının süd vəzi xərçəngi olma riski 20-30% artır. Bir sözlə, bu miqdar 2 sosiskaya bərabərdir. Eyni zamanda qrup təbii qırmızı ətlə süd vəzi xərçəngi arasında hər hansı bağlılıq tapmayıb.
Sənaye cəhətdən işlənmiş ət dedikdə bura kolbasa, sosis, vetçina, salyami, konservlər daxildir - bir sözlə, super marketdə qoxusu və dadı ilə ağızları sulandıran ət məhsulları.
Xatırladaq ki, hələ 2015-ci ildə Dünya Səhiyyə Təşkilatı termiki işlənmiş ət məhsullarını kolorekrotal xərçəngin inkişafına səbəb olan kanserogen qrupuna daxil etmişdi.
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Aprelin son günü 32° isti olacaq
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...