Razi Nurullayev bəyanat verdi
Namizədliyi “Cəbhəçilərin Təşəbbüs Qrupu” tərəfindən irləi sürülmüş Razi Nurullayev 11 aprel prezident seçkilərinin nəticələri ilə bağlı bəyanat verib.
Bəyanatda R. Nurullayev səsvermənin ilkin nəticələrinə görə hazırkı dövlət başçısı İlham Əliyev qalib olduğunu qeyd edib. “Mən cənab İlham Əliyevi birincilik münasibətilə təbrik edirəm və Azərbaycanın siyasi və iqtisadi inkişafında yeni səhifə açmasını istəyirəm”.
O, dinc siyasi mübarizənin və təkamül yolu ilə inkişafın tərəfdarı olduğunu bildirib: “Siyasi partiya olaraq tam demokratik inkişafın tərəfdarıyıq. Dedik ki, biz 30 illik tənqidin, barışmazlığın, radikallığın ziyanını çəkmişik, xalq da bizimlə bərabər bu narahatlıqların içində olub.
Əsas olan xalqın həyatını yüngülləşdirəcək proqramların həyata keçirilməsidir və biz səsləndirdiyimiz proqramların cənab İlham Əliyev tərəfindən həyata keçirilməsini istərdik. Biz də bu sahədə bütün köməklikləri göstərməyə hazırıq”.
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...