Sələfi liderindən müdhiş “İslam Oyunları” açıqlaması
“Dünya müsəlmanları biri-birinə əl tutmalı, dəstək verməlidir. Biz də müsəlmanlara tədbirlərimizdə üstünlük verməliyik”
Bu sözləri Politika.Az-a “Əbu-Bəkr” məscidinin imamı, sələfilərin lideri Hacı Qamət Süleymanov “İslam Həmrəyliyi Oyunları” haqda öz fikirlərini bildirərkən belə deyib.
Onun sözlərinə görə, Azərbaycanın müsəlman ölkələri ilə əlaqələri nə qədər geniş olsa bir o qədər yaxşıdır: “İslam dini də tələb edir ki, müsəlmanlar həmrəy olsunlar, əlaqələrini inkişaf etdirsinlər, mehribanlıq, gediş-gəliş olsun, bir-birimizin üzünə qapıları bağlamayaq.
O baxımdan bu yarışların təşkilinə idman oyunları, müsabiqə, döyüş kimi yox, müsəlman ölkələrinin, müsəlman xalqlarının həmrəyliyi, dostluğu kimi yanaşmaq lazımdır!
Hacı Qamət Politika.Az-a açıqlamasında imkanı olmayan 7 ölkənin xərclərini Azərbaycanın çəkməsinə belə münasibət bildirib: “O ki qaldı digər ölkələrin gəlməyinə, bu onların qərarıdır.
Necə məsləhətdirsə, elə də etsinlər. Amma gəlsələr daha yaxşı olar. Din idmanın bütün növləri olmasa da, ümumilikdə müxtəlif növlərini qəbul edir. Yəni, sələfilər də İslam oyunlarına normal yanaşır”.
Qeyd edək ki, ölkəmizdə bu il keçiriləcək yarışlarda 57 ölkənin iştirakı gözlənilir. Artıq hazırlıqlar başlanıb və ilk dəfə olaraq bu tədbir Bakıda təşkil olunacaq.
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...