“Xaliq Faiqoğlu” MMC sürücülərin peşəkarlığını artırmaq üçün təlim keçirib
Oktyabrın 13-14-də “Xaliq Faiqoğlu” MMC-nin əsas istehsalat bazası olan Yasamal Təmir Mərkəzində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı sürücülərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi mövzusunda təlim keçirilib. Şirkətdən verilən məlumata görə, “SafeLife” şirkəti ilə əməkdaşlıq çərçivəsində yüksək ixtisaslı mütəxəssislərin təlimçi kimi cəlb edildiyi treninqdə bütün sürücü heyəti iştirak edib. Onlara fövqəladə hallar zamanı, xüsusi ilə nəqliyyat vasitəsində yanğın və ya tüstülənmə hallarının baş verdiyi vaxtlarda davranış qaydaları növbəti dəfə izah edilib. Təlimin gedişində sürücülər əyani vəsaitlərdən istifadə edərək təhlükəsizlik qaydalarına əməl etməklə müəyyən sınaq hərəkətləri edib, baş verə biləcək hadisələr zamanı hansı formada və ardıcıllıqla davranacaqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” MMC rəhbərliyinin göstərişi ilə sürücülərin peşə hazırlığının artırılması məqsədi ilə mütəmadi təlimlər həyata keçirilir.
“Xaliq Faiqoğlu”MMC “SAFA Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müasir idarəetmə standartları tətbiq edir və fəaliyyətini müasir standartlar əsasında həyata keçirir.
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...