“Qarabağ”a texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qarabağ” - “Səbail” matçında “Qarabağ” klubunun heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak edib. Bu səbəbdən “Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 8000 manat cərimə olunub.
“Keşlə” – “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Sumqayıt” – “Sabah” matçında “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 15-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Topaz Premyer Liqasının 8-ci turunun “Qəbələ” – “Neftçi” matçının 67-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 64-cü dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. Oyunun 62-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. “Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan “Qəbələ” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq “Neftçi” tərəfindən ödənilsin.
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...