“Çay, çəltik, sitrus festivalı”ndan rəngarəng - Fotolar
Noyabrın 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Xatirə Parkında sayca ikinci olan ənənəvi “Çay, çəltik, sitrus festivalı” keçirilib.
Pavilyonlarda yerli ərzaq, sənaye malları, kənd təsərrüfatı məhsulları, Lənkəran çayından dəmlənmiş samovar çayından və şirniyyatlı süfrədən ibarət çay dəstgahı, “Haşimi”, “Sədri”, “Appolla”, “Campo” kimi yerli düyü sortlarından bişirilmiş 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər, müxtəlif çeşidli kabablar təqdim edilib.
Rayonun bədii özfəaliyyət kollektivləri, uşaq musiqi və rəssamlıq məktəblərinin şagirdləri, uşaq bağçalarının körpə fidanları, idmançılar və tələbələr öz məharətlərini göstəriblər.
Festivalın sonunda rayonun ictimai-siyasi həyatında və mədəni-quruculuq işlərində fəal iştirak edən, çalışdığı sahədə fərqlənən qabaqcıllara Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...