Bakıda Elektrik Stansiyasında yanğın
Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən Elektrik Stansiyasında yanğın baş verib.
Bu barədə BAKU.WS məlumat yayıb .
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, yanğın stansiyanın özündədir. Hazırda hadisə yerinə yanğınsöndürən maşınlar, canlı qüvvə və texnikalar cəlb olunub.
“Azərenerji”nin mətbuat katibi Yəhya Babanlı “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib: “Bu gün ehtiyat transformatorda yanğın olub, hazırda lokallaşdırılıb. Bu transformator aktiv deyil, elektrik xəttinə qoşulmayıb”.
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, hazırda Təcili Tibbi Yardım Stansiyasının avtomobili və həkim heyəti ərazidədir, xəsarət alan qeydə alınmayıb.
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...