Nəsimidə “Ölkəmizi tanıyaq” tur-aksiyası ilə bağlı görüş keçirilib
Prezident İlham Əliyevin tapşırığına əsasən, 14-17 noyabr tarixlərində “Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunub. Bu tur aksiyada Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl rayonlarına səfər edəcəklər.
“Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiyada iştirak edəcək Nəsimi rayon məktəbliləri ilə İcra Hakimiyyətində məktəb direktorlarının, valideynlərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat verib, ölkə başçısı İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışıb, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb.
Natiq bildirib ki, tur aksiya zamanı məktəblilərin Gəncə şəhərində Qədim Qala divarlarına, Nizami Gəncəvinin məqbərəsinə, Nizami Gəncəvi adına mərkəzə, Cavad xan Məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Xan bağına, Amfiteatra, Gəncə Dövlət Filarmoniyasına , Gəncə bulvarına, Gəncə avtomobil zavoduna, Göygöl rayonunda Hacıkənd qəsəbəsi və Göygöl milli parkına, Şəmkir rayonunda Abidələr parkına, İstiqlal parkına, “Nəfis” çörək zavoduna, Şəmkir Aqroparkına ekskursiyaları təşkil olunacaq. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Bayraq Meydanına, tarix diyarşünaslıq muzeylərinə və digər tarixi yerlərə də səfərlər baş tutacaq.
“Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak üçün rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər şagird seçilib. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunub, şagirdləri müşayət edəcək müəllim və həkim heyəti seçilib. Şagirdlər xususi geyimlər və tələb olunan ləvazimatlar ilə təmin edilib.
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...