Baş nazir Azərbaycana səfərini təxirə saldı
Monteneqronun baş naziri Duşko Markoviçin Azərbaycana səfəri 2019-cu ilin fevral-mart aylarına təxirə salınıb.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
Daha əvvəl D.Markoviçin 2018-ci ilin sonunadək Azərbaycana səfəri edəcəyi planlaşdırılmışdı.
“Baş nazirin səfəri gələn iin əvvəlinə təxirə salınıb. Səfər fevral və ya mart ayında baş tutacaq”, - deyə mənbə qeyd edib.
Onun sözlərinə görə, hazırda səfərin tarixi dəqiqləşdirilir. “Biz bir sıra ikitərəfli sənədlər imzalamaq və tədbirlər, xüsusilə biznes forum və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasını keçirmək niyyətindəyik”, - deyə o bildirib.
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...