“London Azərbaycan ərazisi olardı, Mxitaryana giriş qadağan edilərdi” - Foto

14:37 27-11-2018 | icon 2860
“London Azərbaycan ərazisi olardı, Mxitaryana giriş qadağan edilərdi” - Foto

“Arsenal”ın azarkeşləri Henrix Mxitaryana əsəbiləşib. Erməni futbolçunun zəif çıxışı fanatları özündən çıxarıb. 

Onlar feysbukda bununla bağlı maraqlı paylaşım ediblər. Paylaşımda isə bu sözlər yazılıb: “Arzulayıram ki, kaş London Azərbaycanın bir hissəsi olardı və Mxitaryanın ora girişi qadağan edilərdi”.

Xatırladaq ki, rəsmi Bakı Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiyi üçün Ermənistan vətəndaşı olan Henrix Mxitaryanın ölkəmizə girişinə qadağa qoyub. Bu səbəbdən o, 2015-ci ildə “Borussiya”da (Dortmund) oynayarkən Bakıda “Qəbələ”, 2018-ci ildə “Arsenal”la “Qarabağ”la oyuna gələ bilməyib.

 


Digər xəbərlər

0.2554829120636