Səfər Mehdiyev sessiyada çıxış edəcək
Noyabrın 26-da Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə daimi Komitəsinin (COMCEC) 34-cü sessiyası başlayıb. “Ticarətin asanlaşdırılması: gömrüklərdə risklərin idarə olunması” mövzusunda keçirilən sessiyada ölkəmizi Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Qeyd edək ki, 26-27 noyabr tarixlərində əsasən üzv ölkələrin nümayəndələrindən ibarət işçi qruplar texniki məsələləri müzakirə edəcəklər.
28-29 noyabr tarixlərində isə İƏT-nin üzv ölkələrinin nazirlərinin iştirak etdiyi görüşdə gömrüklərdə risklərin idarə olunması sahəsində əldə edilən təcrübələrin bölüşdürülməsi, bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq. Eyni zamanda, görüşdə üzv ölkələr arasında iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin gələcək perspektivləri, cari ilin mayında COMCEC-in Ankarada keçirilən iclasında qəbul edilən gündəlik layihəsindəki məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Sessiyada Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev məruzə ilə çıxış edəcək.
Sessiya noyabrın 29-da öz işini yekunlaşdıracaq.
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...
-
“Yelo kartlar”ı ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr
...
-
Taksi fəaliyyəti üçün rüsumlar - Açıqlandı
...
-
“Azeri Light” bu gün neçəyə satılır?
...
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...