Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanat qəbul olundu
ATƏT Minsk qrupunun həmsədr ölkələri, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün işləri davam etdirməyə razılaşıblar.
Bu barədə Milanda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilmiş görüşün yekunları ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında deyilir.
Sənəddə deyilir ki, ATƏT Minsk qrupunun həmsədrləri (Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa), Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zorab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı sülh yolu ilə həlli istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.
Bəyanatda qeyd edilir ki, həmsədr ölkələr Azərbaycan və Ermənistan liderlərinin sentyabrda Düşənbədə keçirilən MDB sammitinin kluarlarında söhbətindən sonra atəşkəs rejiminin pozulması hallarının azalmasını alqışlayırlar:
“Tərəflərə orada əldə olunmuş razılaşmaları davam etdirməyə və əhalini sülhə hazırlamaq üçün konkret tədbirlər görməyə çağırış edilib. Həmsədr ölkələr yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderləri səviyyəsində konkret nəticələrə və münaqişənin ədalətli və davamlı sülh yolu ilə həllinə istiqamətlənmiş intensiv dialoqun bərpa ediləcəyinə ümid etdiklərini bildiriblər”.
Həmçinin qeyd edilir ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zorab Mnatsakanyan münaqişənin sülh yolu ilə həlli üzrə intensiv fəaliyyətə sadiq olduqlarını bir daha bəyan ediblər:
“Onlar 2019-cu ilin əvvəlində ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında bu məqsədlə və yüksək səviyyəli danışıqlara hazırlıq məqsədilə görüşməyə razılaşıblar”.
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...